"Bayraktar Kızılelma”nın kütləvi istehsalı 2023-cü ilin sonunda başlayacaq - Rəcəb Tayyib Ərdoğan (YENİLƏNİB)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir sıra iri infrastruktur və müdafiə obyektlərinin açılış mərasimində iştirak etmək üçün şənbə günü Konya vilayətinə gəlib.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, R.T.Ərdoğan Konyada Ədalət və İnkişaf Partiyasının (AKP) toplantısında çıxış edib.

Türkiyə dövlət başçısı bildirib ki, Qara dəniz buğdasından yüksək keyfiyyətli un hazırlanır və yoxsul ölkələrə göndəriləcək.

R.T.Ərdoğan Türkiyənin ən böyük infrastruktur layihələri mövzusuna toxunub. Xüsusilə Kanalı İstanbul ilə bağlı Türkiyə Prezidenti bu açıqlamanı verib: "Martın 18-də Çanaqqala körpüsünü açdığımız kimi, İstanbul kanalını da inşa edəcəyik".

"Yerli pilotsuz "Kızılelma" qırıcısının kütləvi istehsalı 2023-cü ilin sonlarına doğru başlanacaq", - deyə R.T.Ərdoğan bildirib.

Onun sözlərinə görə, Türkiyə qışa tam hazırdır.

"Avropa ölkələri enerji böhranı ilə məşğul olarkən biz qışa rahatlıqla giririk", - deyə R.T.Ərdoğan bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31