Türkiyənin iki hərbçisi şəhid olub
26 Noyabr 2022 10:12 DünyaTürkiyə Silahlı Qüvvələrinin hərbçiləri İraqın şimalında davam edən "Pənçə-Qılınc" antiterror əməliyyatı zonasında terrorçuların hücumuna məruz qalıb, ikisi şəhid olub.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, terorrçular Türkiyə hərbçilərinə silahlı hücum edib. Nəticədə bir hərbçi şəhid olub, üçü yaralanıb.
Yaralılar dərhal xəstəxanaya çatdırılıb. Lakin, edilən tibbi müdaxilələrə baxmayaraq hərbçilərdən birinin həyatını xilas etmək mümkün olmayıb.
Digər iki hərbçinin müalicəsi davam edir.
Milli.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31