"Səfərbərlikdə daha çox insan toplamağa gərək yoxdur" - Putin

Qismən səfərbərlikdə daha çox insan toplamağa gərək yoxdur.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Ukrayna savaşında iştirak edən hərbçilərin anaları ilə görüşündə deyib.

Görüşdə iştirak edən valideynlərdən biri - İrina Sumınina 4 oğlunun olduğunu, ikisinin və ərinin Ukraynada savaşda iştirak etdiyini bildirib:

"İndi kiçiyin 17 yaşı var və dəhşətli şəkildə düşünürəm ki, 18 yaşı olan kimi o da müharibəyə gedəcək".

Putin isə qadına cavabında daha çox canlı qüvvəyə ehtiyacı olmadığını söyləyib:

"Gərək deyil, kifayət edər. Oğullarınızdan birini də geri göndərmək lazımdır. Onlar artıq döyüşüblər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31