Rus dilində danışdıqları üçün hücuma məruz qaldılar- ÖZƏL

Olaylar.az xəbər verir ki, Almaniyada 5 ukraynalı qaçqın rusdilli cütlüyə hücum edərək döyüb . Hadisə  keçən gecə Fridrixşayn ərazisində baş verib.Restoranlardan birindən çıxan cütlük taksi gözləyərkən hücuma məruz qalıb.  Onların qarşısına əllərində bayraqlı beş ukraynalı çıxıb. Cütlüyün rus dilində danışdığını eşidən ukraynalılar onları Rusiyaya dəstək verməkdə ittiham edib, hücuma keçiblər. Hücumçular sınıq şüşə ilə kişinin başına bir neçə zərbə endirib, qızı isə asfalta yıxıb, sürüyüblər. 
"Hücum təkcə bu  hadisə deyildi. Hadisə yerinə gələn polis əməkdaşları bildiriblər ki, bir neçə həftə əvvəl ukraynalı millətçilər dəfələrlə rusdilli insanlara qarşı oxşar hücumlar həyata keçiriblər"-deyə yerli nəşrlərdən biri bildirib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31