Dünya Kuboku 2022: Qətərdə nələr qadağan edilib? ÖZƏL
24 Noyabr 2022 16:12 DünyaQətər dünya çempionatında azarkeşlərin riayət etməli olduğu FİFA qaydaları bunlardır:
Köynəksiz gəzməyə icazə verilmir
FİFA bildirir ki, azarkeşlər "paltarı çıxarmamalı və intim bədən hissələrini göstərməməlidirlər". Bununla belə, əlavə etdi ki, "bədən döymələri və bədən boyası geyim demək deyil."
Misal üçün, Harri Keyn adlı şəxsə FIFA Dünya Kuboku 2022-də qoluna "OneLove" sarğısı taxması qadağan edilib.
Spirtli içkilər
FİFA və Qətər hökuməti artıq səkkiz mundial stadionunun ətrafında pivə satışını qadağan edib. FİFA-nın davranış kodeksinə görə, azarkeşlər matçları izləyərkən alkoqol, dərman və ya hər hansı narkotik maddənin təsiri altında olmamalıdırlar.
Spirtli içkilər yalnız stadionların və azarkeş zonalarının korporativ qutularında olacaq.
Siyasi mesajlar
Həmçinin xaos yarada biləcək siyasi mesajların da banlanacağı bildirilib.
FİFA azarkeşlərə zərər verə bilən şüşə butulkalar, fincanlar, bankalar ya hər hansı digər qapalı qabları daşımağı qadağan edib.
Həmçinin, azarkeşlərin də stadionlara böyük çanta gəzdirməsinə icazə verilmir.