Maşın sürən 8 yaşlı uşaq iki avtomobili vurdu - VİDEO
24 Noyabr 2022 15:36 DünyaRusiyanın Krasnodar vilayətinin Anapa şəhərində səkkiz yaşlı uşaq yol-nəqliyyat hadisənin səbəbkarı olub.
Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, belə ki, azyaşlı atasına məxsus "Ford Transit" markalı park edilmiş avtomobili işə salıb və binanın həyətində sürməyə başlayıb. Bu zaman o, idarəetməni itirərək dayanmış iki avtomobillə toqquşub.
Hadisə şahidi avtomobili uşağın idarə etdiyini gördükdə polisə məlumat verib. Dərhal polis əməkdaşları əraziyə gəliblər.
Onlar uşağı atası ilə birlikdə yetkinlik yaşına çatmayanlar şöbəsinə aparıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31