iPhone istehsalçısı Çində yaşanan böyük etirazlardan sonra üzr istədi - ÖZƏL
24 Noyabr 2022 14:31 Dünya"Apple" tədarükçüsü "Foxconn", Çindəki "iPhone" fabrikinin qəzəbli etirazlarla sarsılmasından bir gün sonra ödəniş sistemlərindəki "texniki xətaya" görə üzr istəyib.
İnternetdə geniş kütləyə çatmış videolarla yüzlərlə işçinin Zhengzhou şəhərində dünyanın ən böyük "iPhone" fabrikində Covid məhdudiyyətləri və vaxtı keçmiş maaş iddiaları ilə bağlı şikayətlərə görə yürüşlər etdiyi məlum olmuşdur.
Həmçinin işçilərin polis tərəfindən döyüldüyünü və şiddət gördüyünü də bildiriblər.
Keçən ay artan Covid hadisələri nəticəsində bir çox işçi qovuldu və fabrikdə ixtisarlaşmalar getdi.
Qeyd edək ki, bütün bunları "Apple" markası texniki xəta adlandıraraq bütün işçilərdən üzr istəmiş və yeni vədlər vermişdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31