Dünya şokda: Əfqanıstanda ac uşaqlara sakitləşsinlər deyə narkotik vasitə verilir - ÖZƏL
24 Noyabr 2022 12:14 DünyaƏfqanlar ac uşaqlarına onları sakitləşdirmək və yatızdırmaq üçün narkotik vasitələr verdiklərini deyiblər. Bir başqaları isə həyatda qalmaq üçün qızlarını və ya orqanlarını satırlar.
Olaylar.az xəbər verir ki, Taliban hakimiyyəti ələ keçirdikdən və xarici vəsaitlərin ölkəyə gətirilməsi qadağan olduqdan sonra milyonlarla insan aclıqdan və qıtlıqdan əziyyət çəkməyə başlayıb.
Valideynlər adətən depressiya və narahatlığı müalicə etmək üçün istifadə olunan və uşaqlara qadağan olunmuş dərmanlardan istifadə edirlər.
Həkimlər deyir ki, adekvat qidalanmayan kiçik uşaqlara bu kimi dərmanlar verildikdə xroniki yorğunluq, yuxu və davranış pozğunluğu kimi bir sıra problemlər ortaya çıxar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31