Hindistanda qızılca epidemiyası 12 uşağın həyatına son qoydu - ÖZƏL

Hindistanın qərbindəki Mumbay şəhəri və ətraf ərazilərdə qızılca 12 uşağın ölümünə səbəb olub.

Olaylar.az xəbər verir ki, ilk ölüm hadisələri 26-27 oktyabr tarixlərində 48 saat ərzində üç uşağın həyata gözlərini yumması ilə başladı.

Bu il şəhərdə təsdiqlənmiş 233 hadisə baş vermişdir. Keçən ilki statistikayla (92 hadisə) müqayisədə ölüm iki qat, yoluxma isə 3 qat artmışdır.

Səlahiyyətlilər Covid pandemiyası boyunca peyvəndlərin yollanması və paylaşılması proseslərinin ləngiməsinin qızılca epidemiyasının yayılmasını sürətləndirdiyini bildirdi.

Qeyd edək ki, çərşənbə axşamı bildirilən son hadisə isə qismən peyvənd edilmiş səkkiz aylıq bir körpənin ölməsi ilə qeydə alınmışdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31