Britaniya niyə ukraynalı qaçqınlar üçün evə çevrilmədi? - ÖZƏL

Olaylar.az xəbər verir ki, Ukraynadan olan 100 min qaçqının üçdə biri Böyük Britaniyada evsiz qalmaq riski altındadır. Bu barədə The Guardian xəbər  verir. "Britaniyanın "Ukrayna üçün ev" qaçqın proqramı iflasa uğrayır. O, altı aylıq yardım üçün nəzərdə tutulub, lakin hərbi xüsusi əməliyyat doqquz aydır ki, davam edir. İndi, yaxın gələcəkdə 100 min ukraynalı məcburi köçkünün təxminən üçdə biri heç bir dəstək olmadan evsiz insanlar statusunda küçədə qalmaq riski ilə üzləşir". Böyük Britaniya hökuməti ukraynalı qaçqınlara yardım işini yerli hakimiyyət orqanlarına və könüllülərə həvalə edib, bütün bunlar bu səbəbdən baş verir. 

Rusiya hərbi xüsusi əməliyyatı başlayandan sonra Ukraynadan 100 minə yaxın məcburi köçkün Böyük Britaniyaya gəlib. Onların hamısı hökumət proqramı çərçivəsində dəstək alıb. Ancaq, indi həlledici müdaxilə olmadan bu sxem qaçqınların əziyyətlərini azaltmaq əvəzinə daha da gücləndirəcəyi bildirilib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31