"Ukrayna NATO-nun və Aİ-nin tamhüquqlu üzvü olmalıdır" - Zelenski
21 Noyabr 2022 22:16 DünyaUkrayna Prezidenti Volodimir Zelenski növbəti dəfə Ukraynanın NATO-ya və Avropa İttifaqına üzv qəbul olunmasını istəyib.
Olaylar.az APA-ya istinadən xəbər verir ki, Zelenski bu təklifi NATO-nun Parlament assambleyasının Madriddə keçirilən iclasında videobağlantı ilə çıxışı zamanı bildirib.
"Ukraynanın bizim cəmiyyətin müdafiəsinə verdiyi töhfəni öz gözünüzlə görürsünüz. Biz fevralın 24-dən sonra real olaraq birləşmişik. Buna görə də, Ukrayna NATO-nun və Aİ-nin tamhüquqlu üzvü olmalıdır. Mən sizi Ukraynanın NATO-ya və Aİ-yə üzvlüklə bağlı müraciətini dəstəkləməyə çağırıram" - deyə Zelenski vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31