Staffan Herrström Türkiyə Xarici İşlər Nazirliyinə ÇAĞIRILDI

Noyabrın 21-də Türkiyə Xarici İşlər Nazirliyi (XİN) İsveçin Ankaradakı səfiri Staffan Herrströmü çağırıb.

Olaylar.az bildirir ki, bu barədə Nazirlikdəki diplomatik mənbələrdən bildirilib.

Məlumata əsasən, Türkiyənin Stokholmdakı səfirliyinə qarşı təxribatla bağlı səfirə etiraz ifadə edilib.

Türkiyənin bu əməli pisləməsi və hadisə ilə bağlı araşdırma aparılması tələbi İsveç səfirinin diqqətinə çatdırılıb.

Türkiyə XİN vurğulayıb ki, Ankara bu qəbuledilməz əmələ görə məsuliyyət daşıyanların müəyyən ediləcəyini və onlara qarşı lazımi tədbirlərin görülməsini gözləyir.

Səfirə bildirilib ki, Türkiyə, İsveç və Finlandiya üçtərəfli memorandumunda göstərilən öhdəliklər fonunda Türkiyə tərəfi də İsveçdən konkret addımlar gözləyir.

Qeyd edək ki, bu gün PKK terror təşkilatının tərəfdarları diplomatik nümayəndəliyin binasında PKK-nın təbliğatını və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ünvanına təhqiramiz sözləri əks etdirən ifadələr və görüntülər proyeksiya edib.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31