"ABŞ Kiyevə dəstəyini davam etdirəcək" - ABŞ-ın müdafiə naziri
21 Noyabr 2022 20:25 Dünya"ABŞ Ukraynaya 20 milyard dollardan çox hərbi yardım göstərib və rəsmi Kiyevə dəstəyini davam etdirəcək".
Olaylar.az "report"-a istinadən xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin İndoneziyada keçirdiyi mətbuat konfransında deyib.
"İndiyədək Ukraynaya 20 milyard dollardan çox yardım göstərmişik. Bununla bağlı bəyanatlarımızı eşitmisiniz, Ukraynanı nə qədər lazımdırsa, o qədər də dəstək verəcəyik", - o vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31