20 yaşlı qadın evdə uşaq dünyaya gətirib sonra körpəni pəncərədən ATIB

Sankt-Peterburqda 20 yaşlı qadın təkbaşına uşaq dünyaya gətirib, bundan sonra körpəni pəncərədən atıb.

Olaylar.az Azmedia.Az-a istinadən məlumat verir.

Bazar günü, noyabrın 20-də Dostoyevskaya küçəsindəki evlərin birinin həyətində yeni doğulmuş qız uşağının meyiti yerli sakinlər tərəfindən tapılıb. Tezliklə körpənin 20 yaşlı anası da həmin evdə saxlanılıb.

Qadın iddia edir ki, guya uşaq artıq ölü doğulub, bundan sonra cəsəddən xilas olmaq qərarına gəlib.

Doğuşda olan qadının antenatal klinikada qeydiyyatda olmadığı məlum olub. Körpənin ölümünün əsl səbəbini müəyyənləşdirmək üçün cəsədi tədqiqat üçün göndərilib.

Faktla bağlı cinayət işi başlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31