Mask Donald Trampın Twitter qadağasını ləğv etdiyini açıqladı - ÖZƏL

"Twitter"-in yeni sahibi İlon Mask, istifadəçilər arasında bir sorğu keçirdikdən sonra Donald Trampın hesabının bərpa edildiyini söylədi.

Olaylar.az xəbər verir ki, "xalq səsini bəlli etdi" deyən cənab Mask tvitində 15 milyondan çox "Twitter" istifadəçisinin 51,8%-nin Tramp üçün nəzərdə tutulan qadağanın aradan qaldırılmasına səs verdiyini söylədi.

Lakin ABŞ-ın keçmiş prezidenti platformaya qayıtmaya bilər. O daha əvvəl bildirmişdi: "Mən qayıtmaq üçün heç bir səbəb görmürəm".

Qeyd edək ki, onun hesabı 2021-ci ildə "zorakılığa yönləndirmə" potensialı səbəbi ilə "Twitter" tərəfindən bloklanmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31