Suriyadan Türkiyəyə raket zərbələri endirilib, iki nəfər həlak olub, altı nəfər yaralanıb
21 Noyabr 2022 14:01 DünyaTürkiyənin Qaziantep əyaləti Suriya ərazisindən növbəti dəfə raket atəşinə tutulub.
Olaylar.az bildirir ki, terror təşkilatı YPG/PKK üzvləri tərəfindən atılan 4 raket rayon mərkəzindəki orta məktəb, iki evə və Karkamış sərhəd məntəqə-keçidi yaxınlığında bir yük maşınına düşüb.
Qeyd olunub ki, hücum nəticəsində iki nəfər həlak olub, altı nəfər yaralanıb. Yaralılardan ikisinin vəziyyəti ağırdır.
Milli.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31