Vulkan püskürməsi zaman keçdikcə Sakit Okeanın quruluşunu dəyişdirir - ÖZƏL/FOTO
21 Noyabr 2022 13:14 DünyaKeçən yanvar ayında dünyanı sarsıdan hadisələrdən biri - Tonqa vulkanı püskürməsi baş vermişdi.
Olaylar.az xəbər verir ki, hadisə zamanı püskürmə nəticəsində sualtı dalğalanmalar və sonradan geniş ərazilərə yayılan sunami dalğaları yaranmışdır.
Yeni Zelandiya və Böyük Britaniya gəmiləri tərəfindən aparılan araşdırma nəticəsində Sakit okeanda baş vermiş bu vulkanının ətrafındakı ərazinin tam xəritəsi əldə olunmuşdur.
Sözü gedən püskürmə dəniz dibinin 80 km-dən çox məsafəyə qədər uzanan şiddətli axın yaratmışdır.
Toplanmış məlumatlar göstərir ki, kataklizm hadisəsi zamanı ən azı 9,5 kub km, bəlkə də 10 kub km təbiət materialı yerdəyişmişdir. Bu, üst-üstə toplanan 4000 Misir piramidasına bərabər bir həcm göstəricisidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31