MAQATE İranın nüvə silahı proqramının olub-olmamasından xəbərsizdir - ÖZƏL
21 Noyabr 2022 12:54 Dünya"Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) İranın nüvə dövləti olduğunu etiraf etməyin vaxtı çatdığını düşünmür və İslam Respublikasının hazırda nüvə silahı proqramı hazırladığını göstərən hər hansı məlumata malik deyil".
Olaylar.az xəbər verir ki, bunu MAQATE-nin baş direktoru Rafael Qrossi bildirib.
"Bu zənginləşdirilmiş uranın hazırkı istehsal səviyyəsində İran birdən çox cihaza sahib olmaq üçün kifayət qədər material toplayıb. Lakin hazırda İranın nüvə silahı proqramına malik olduğunu göstərən heç bir məlumatımız yoxdur".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31