"Siz odla oynayırsınız" - MAQATE-dən Rusiyaya xəbərdarlıq
21 Noyabr 2022 11:24 DünyaBeynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) prezidenti Rafael Qrossi Rusiyanı nüvə obyektinə hücumla bağlı xəbərdarlıq edib.
Olaylar.az xəbər verir ki, MAQATE-dən verilən yazılı açıqlamada Avropanın ən böyük atom elektrik stansiyası olan Zaporojye və ətrafında ötən gün baş verən çoxlu sayda partlayışla bağlı qiymətləndirmə aparılıb.
Açıqlamada həm AES-in yerləşdiyi əraziyə, həm də ətrafına onlarla bombanın düşdüyü vurğulanıb və mütəxəssislərin partlayışları görə bildiyi qeyd edilib.
"Siz odla oynayırsınız" - deyə Qrossi Rusiyaya sərt xəbərdarlıq edib.
Gundem.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31