İbtidai sinifdə elm təcrübəsi uğursuz nəticələndi: 2-si ağır 11 nəfər yaralı - ÖZƏL
21 Noyabr 2022 11:25 DünyaAvstraliyanın Sidney şəhərində ibtidai məktəbdə bir sinifdə elmi təcrübənin səhv getməsi nəticəsində bir neçə şagird xəsarət alıb.
Olaylar.az xəbər verir ki, ən azı iki şagird ciddi yanıq xəsarətləri ilə təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb. Daha 9 nəfərin səthi yanıqlar aldığı güman edilir.
İkin məlumatlara görə, təcrübədə natrium bikarbonatdan və metil spirtindən istifadə edilib.
Hadisə yerinə vertolyotlar, xilasedicilər və yanğınsöndürən maşınlar cəlb olunub.
Məlumatlara görə 10-11 yaşlarında olduğu güman edilən uşaqlar üz, sinə, qarın və ayaqları da daxil olmaqla bədənlərində yanıqlar alıb.
Həmçinin bir müəllimə də yüngül xəsarətlər alıb.
Məktəbin tam olaraq hansı eksperiment apardığı hələ məlum deyil.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31