Ukrayna ilə münasibətlərin normallaşması yalnız hakimiyyət dəyişikliyindən sonra mümkündür - ÖZƏL

"Rusiya ilə Ukrayna arasında münasibətlərin normallaşması yalnız Ukraynada hakimiyyət dəyişikliyindən sonra baş verə bilər".

Olaylar.az xəbər verir ki, bunu Federasiya Şurasının (Rusiya parlamentinin yuxarı palatası) sədr müavini Konstantin Kosaçev deyib.
"Mən indiki Kiyev rejimindən yaxşı heç nə gözləmirəm. Onlar öz əvvəlki hərəkətlərində və ideologiyalarında tələyə düşüblər. Onların manevr azadlığı yoxdur. İnanıram ki, istənilən potensial normallaşma yalnız Ukraynada hakimiyyət dəyişikliyindən sonra baş verə bilər"- deyə, Kosaçev bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31