Belqorod vilayətində terror təhlükəsi səviyyəsi nə vaxta qədər uzadılıb? - ÖZƏL
21 Noyabr 2022 11:21 Dünya"Belqorod vilayətində yüksək "sarı" terror təhlükəsi səviyyəsi dekabrın 6-dək uzadılıb".
Olaylar.az xəbər verir ki, bunu qubernator Vyaçeslav Qladkov deyib.
"Terrorçuluq təhlükəsinin "sarı" səviyyəsi daha 2 həftə uzadılıb, dekabrın 6-dək qüvvədə qalacaq", - o, bildirib.
Qeyd edək ki, yüksək həyəcan vəziyyəti ilk dəfə aprelin 11-də Ukrayna ilə həmsərhəd bölgədə tətbiq edilib və o vaxtdan bu yana bir neçə dəfə uzadılıb. Ukrayna qüvvələri xüsusi hərbi əməliyyat başlayandan bəri Belqorod vilayətinin sərhəd bölgələrinə dəfələrlə hücum edib. Sərhəd yaxınlığındakı bir sıra icmalarda fövqəladə vəziyyət elan edilib və bəzi sakinlər Moskva və Tula vilayətlərinə köçürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31