51 qanunsuz miqrant XİLAS EDİLDİ
19 Noyabr 2022 23:56 DünyaTürkiyə Sahil Mühafizəsi Balıkəsir vilayətinin Ayvalık rayonu sahillərində 51 qanunsuz miqrantı xilas edib.
Olaylar.a Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə Sahil Mühafizəsi bildirib.
Məlumata əsasən, Yunanıstan hərbçiləri miqrantların olduğu qayığı Egey dənizindəki Türkiyə ərazi sularına zorla yönləndirib.
Miqrantlar kömək üçün siqnal verdilər və yardım üçün Türkiyənin "TCSG-28" kateri gəlib.
Xilas olunanların hamısı xarici ölkə vətəndaşlarıdır. Onlara tibbi yardım göstərilib, ərzaqlar verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31