"Hər kəs öz istədiyi kimi daha təhlükəsiz bölgələrə gedə bilər" - İrina Vereşşuk
19 Noyabr 2022 23:30 DünyaUkraynanın cənubunda işğaldan azad edilən ərazilərdən könüllü təxliyə başlayır. Bununla bağlı bütün xərcləri dövlət öz üzərinə götürür.
Olaylar.az xəbər verir ki, bunu Ukrayna Baş nazirinin müavini və müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası üzrə nazir İrina Vereşşuk deyib.
"Məsələ ondadır ki, hər kəs öz istədiyi kimi daha təhlükəsiz bölgələrə gedə bilər və dövlət onların nəqliyyatını, yaşayışını, tibbi xidmətini və sairləri təmin edəcək", - Vereşşuk bildirib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31