İstanbulda terror aktı ilə bağlı şübhəli bilinən daha 8 nəfər SAXLANILDI

Türkiyə polisi noyabrın 13-də İstanbulda törədilən terror aktında əlaqəli olmaqda şübhəli bilinən daha 8 nəfəri saxlayıb.

Olaylar.az trend-ə istinadən bildirir ki, bu barədə "A Haber" televiziya kanalı hüquq-mühafizə orqanlarında olan mənbələrə istinadən bildirib.

Məlumata əsasən, saxlanılan şəxslər terrorçulara yardım etməkdə və onlara sığınacaq verməkdə şübhəli bilinirlər. Bundan əlavə, saxlanılan iki şəxs terror aktını törədən Suriya vətəndaşı Əhlam əl-Bəşirə Suriyadan qeyri-qanuni yollarla Türkiyəyə keçməyə köməklik ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31