"Dostlarımıza özlərini nədə güclü olduqlarını göstərməyi təklif edirik" - Zelenski
19 Noyabr 2022 20:50 DünyaBöyük Britaniya Ukraynada və bütün Avropada sülhün həmyaradıcısı ola bilər.
Olaylar.az milli.az-a istinadən bildirir ki,bunu Ukrayna prezidenti Volodimir Zelenski Böyük Britaniyanın baş naziri Rişi Sunakla görüşündən sonra keçirilən brifinqdə deyib.
"Sülh düsturumuzun üstünlüklərindən biri tərəfdaşlarımızın bu düsturun bəndlərinin həyata keçirilməsində liderlik nümayiş etdirmək imkanıdır. Biz dostlarımıza özlərini nədə güclü olduqlarını göstərməyi təklif edirik. Böyük Britaniyanın Ukraynada və bütün Avropada sülhün həmyaradıcısı olmaq imkanlarını müzakirə ediblər", - deyə o, vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31