"Bunun üçün 100 milyarda ehtiyac var!" - BMT-nin baş katibi

İnkişaf etməkdə olan ölkələr iqlim dəyişikliyi ilə bağlı problemləri həll etmək üçün 100 milyard dollara ehtiyac duyurlar.

Olaylar.az xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş jurnalistlərə açıqlamasında deyib.

"Konfrans iştirakçıları təcili olaraq maliyyə məsələlərini həll etməlidirlər. Bu, inkişaf etməkdə olan ölkələrin iqlim gündəmini maliyyələşdirmək üçün 100 milyard dollar ayırmaq deməkdir", - Quterreş deyib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31