Qətərdə yaşanan ilk skandal: Danimarkalı müxbir çəkilişi dayandırmağa məcbur edildi FOTO/ÖZƏL

Qətərdə təhlükəsizlik işçiləri canlı yayım zamanı Danimarkadan gələn kanal müxbirinin qarşısını almağa çalışıblar.

Olaylar.az xəbər verir ki, müxbir Rasmus Tantholdt dünya çempionatı haqqında reportaj hazırlayarkən ona yaxınlaşıb və çəkilişə əngəl olublar. Jurnalist bildirib ki, təhlükəsizlik işçiləri onun kamerasını sındırmaqla hədələyib.

O, dəfələrlə film çəkmək üçün rəsmi akkreditasiya əldə etdiyini və ictimai yerdən legal reportaj hazırladığını bildirib.

Qətərin Ali Komitəsi hadisədən sonra sonra üzr istəmişdir.

Qeyd edək ki, bazar günü başlayacaq futbol çempionatına bu il Qətər ev sahibliyi edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31