İstanbulda partlayış olub, xəsarət alanlar var
16 Noyabr 2022 23:48 DünyaÇərşənbə günü Türkiyənin şimal-qərbində, İstanbul şəhərində yaşayış binasında baş verən partlayış nəticəsində azı 5 nəfər xəsarət alıb.
Olaylar.az "report"a istinadən bildirir ki, "Cumhuriyet" qəzeti məlumat yayıb.
Məlumata görə, hadisə Fatih rayonunda saat 21:00 radələrində baş verib. Partlayışın ilkin səbəbinin qaz sızması olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları və tibb işçiləri göndərilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31