Qadın satdığı BMW-ni səhəri gün qaçırdı
16 Noyabr 2022 15:52 DünyaRusiyanın Moskva şəhərində bir qadın BMW markalı avtomobilini satıb və bir gün sonra onu qaçırıb.
Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, avtomobilin satışı ilə bağlı elan alıcının qabağına "Telegram"da çıxıb. Orada 2021-ci il buraxılışlı "BMW 630d xDrive" 5 milyon rubla satışa qoyulub. Kişi satıcı qadın - 36 yaşlı Yekaterina İnozemtseva ilə görüşə gedib və alqı-satqı müqaviləsi bağlayıb.
Yeni sahibi BMW-ni Şukinodakı həyətində saxlayıb, ertəsi gün maşın oradan oğurlanıb. Kişi polisə müraciət edib. Avtomobili qaçıran şəxs tezliklə tapılıb, məlum olub ki, bu, onun satıcısıdır.
İnozemtseva cinayət ortaqları - tibb fakültəsinin tələbəsi olan bacısı və iki işsiz kişi tanışı ilə birlikdə hərəkət edib. Onların dördü də saxlanılıb, maşının axtarışı davam edir.