Dörd uşaq anası 63 kilo arıqlamasının sirrini açıqladı - ÖZƏL
16 Noyabr 2022 13:25 DünyaDörd uşaq anası, ingiltərəli Coan Maher ikinci toyundan əvvəl 63 kiloqram arıqlayıb.
Olaylar.az xəbər verir ki, o, arıqlamasının sirrini açıqlayıb.
36 yaşlı britaniyalı qadın bildirib ki, 2017-ci ildə çəkisi 120 kiloqramı keçib və bu, onu xarici görünüşü ilə bağlı utandırmağa başlayıb. İlk dəfə ailə həyatı qurduğu zaman gəlinlik tapa bilmədiyinə görə, böyük ölçülü qadınlar üçün nəzərdə tutulan ağ köynək və qara şalvar geyinib. Bununla da gəlin arıqlayacağına və yenidən ailə həyatı quracağına söz verib.
Sentyabr ayında avstraliyalı psixoloqun köməyi ilə 63 kiloqram arıqlayıb və fitnes-modelə dönüşüb. O, bildirib ki, psixoloq ona həddən artıq yeməyin qarşısını almağa və arıqlamağa kömək edib.
Hazırda o, məşqçi kimi çalışır və yarışlarda fitnes-model kimi çıxış edir.