NASA Ay missiyası üçün nəzərdə tutduğu Orion kosmik gəmisini yola saldı - FOTO/ÖZƏL

Bugün gecə saatlarında Aya doğru göndərilən dünyanın ən güclü roketlərindən olan Orion insansız kosmik gəmisi (Rəsmi adı Artemis 1) hal hazırda Aya doğru yol gedir.

Olaylar.az xəbər verir ki, 5 bölmədən ibarət olan və qatı yanacaqla işləyən motorlar 39 milyon Nyuton güc tətbiq edərək gəmini Yer qravitasiyasına meydan oxumağa məcbur edir.
Gəmi 8 dəqiqəyə 158 km yüksəkliyə dırmaşıb və ana motorları atıb. 16 dəqiqə sonra 484 km yüksəyə çıxıb və Günəş panellərini açıb.

4 gün sonra gəmi Yerdən 401 643 km uzaqlıqda olacaq yəni Aydan 100 km aralı və bu da o deməkdir ki, gəmi artıq Ayın orbitinə girmiş olacaq. 6 gün Ay orbitində qalacaq və ümumi vəzifəsi 25 gün çəkəcək.

NASA Artemis

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31