FETÖ üç ölkədə çevriliş etmək istəyir: o cümlədən, Rusiyada və İranda - ŞOK DETALLAR - FOTO
16 Noyabr 2022 11:48 DünyaTürkiyə mediası ABŞ kəşfiyyatının İran, Rusiya və Venesuela müxaliflərini Dünya Azadlıq Konqresi adı altında bir araya topladığı barədə sensasion xəbər yayıb.
FETÖ üzvlərinin də iştirak etdiyi və Litvada keçirilən görüşdə Fətullah Gülənin övladlığa götürdüyü Enes Kanter da iştirak edib. Sensasion olan odur ki, iclasda Türkiyə, Rusiya və İran liderlərini devirmək planları müzakirə edilib. ABŞ kəşfiyyatı Mərkəzi Kəşfiyyat İdarəsi mənsub olduqları ölkələrin siyasi idarəçiliyinə qarşı fəaliyyət göstərən dissidentləri Dünya Azadlıq Konqresi adı altında bir toplayıb. Dünyada narıncı inqilabın maliyyəçisi kimi tanınan Milli Demokratiya Fondunun (NED) dəstəyi ilə qurulan FETÖ tədbirdə İran, Rusiya və Venesuelalı müxaliflərlə yanaşı iştirak edib.

İran müxalifəti və FETÖ bir arada
Mənsub olduqları ölkələrdə siyasi hökumətləri devirməyə çalışan əleyhdarlar noyabrın 10-da Litvada "Azadlıq üçün Alyansın qurulması: Bu gün avtokratiyalarla necə üzləşməli" mövzusunda bir araya gəliblər. Türkiyə, Çin, Rusiya, İran, Venesuela, Koreya Xalq Demokratik Respublikası, Kuba, Sudan və İraq da daxil olmaqla 40 ölkəni təmsil edən 130 nəfərin qatıldığı toplantıda Dünya Azadlıq Konqresi elan edilib. Konqresin yaradılmasına iranlı dissident Məsih Əlinejad rəhbərlik edir və onun İrana qarşı kampaniyalar aparmaq üçün ABŞ-dan 628 min dollar maliyyə aldığı üzə çıxıb.

Məsih Əlinejad kimdir?
Məsih Əlinejad ABŞ vətəndaşı olub, milliyətcə iranlıdır. "Amerikanın Səsi"nin Fars xidmətinin tele-şou aparıcısı olan xanıma bu yaxınlarda Nyu-Yorkda silahlı hücum olduğu barədə xəbər yayılıb. Həmin şəxsin azərbaycanlı Xalid Mehdiyev olduğu barədə xəbər də yayılıb. Tanınmış jurnalist və qadın hüquqları müdafiəçisi olan Məsih Əlinejad İran rejiminin kəskin tənqidçilərindən biridir. Onun sosial mediada tənqidi çıxışları ilə əlaqədar keçən il iranlı qrup tərəfindən oğurlanmasının planlaşdırıldığı iddia edilir. Rəsmi ittihama əsasən plan İran kəşfiyyatının rəsmiləri tərəfindən təşkil edilib. Məsih Əlinejad İran rejimi tərəfindən təqiblərə məruz qalmasının səbəbi jurnalist və qadın hüquqları müdafiəçisi olmasıdır.

Məsihlə yanaşı, venesuelalı "fəal" Leopoldo Lopez və keçmiş şahmat çempionu Harri Kasparov da orada təmsil olunur. Fətullah Gülənin övladlıq oğlu kimi gördüyü Enes Kanter FETÖ-nün nümayəndəsi kimi iştirak edib. Qurultaya hazırlıq iclaslarına töhfə verən Enes Kanterin qurultayın təsis olunduğu elan edildiyi gün çıxış etdiyi öyrənilib.

MKİ-nin yeni layihəsi- Dünya Azadlıq Konqresi
Maraqlıdır ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin qeyri-rəsmi tabeliyində Milli Demokratiya Fondu (NED) Dünya Azadlıq Konqresini dəstəkləyən təşkilatlar sırasındadır. Digər ölkələrdə çevrilişləri ilə tanınan NED ABŞ Konqresi tərəfindən maliyyələşdirilir. Digər dəstək verən təşkilat isə MKİ-nin də nəzarətində olan Freedom House-dur. Özünü "dünyada demokratiya və azadlıq üçün açıq səs" olaraq təyin edən Freedom House sözdə demokratiya hesabatları ilə yadda qalıb.
Asiyanın yüksələn dövlətləri hədəfdə
Dünya Azadlıq Konqresi adlanan qurumun internet saytının hədəf və fəaliyyət sahələri var. Diktatura ilə idarə olunduqlarını iddia etdikləri ölkələrin dünya xəritəsində qırmızı rəngə boyayaraq bu ölkələrə qarşı fəaliyyət aparır. Qırmızı rəngə boyanmış ölkələr arasında Türkiyə, Rusiya, Çin, İran, Suriya, İraq, Azərbaycan, Kuba, Venesuela və Orta Asiya Türk Cümhuriyyətləri yer alıb. Saytda bu ölkələrdə siyasi idarəçiliyin dəyişdirilməsi üçün vaxtaşırı nümayişlər keçirildiyi, lakin heç bir uğur əldə olunmadığı qeyd edilib. Bu iğtişaşları törədənlərin başqa ölkələrdəki fəallarla təmasda olmamasının uğursuzluğa səbəb olan faktor olduğu irəli sürülüb. Bu səbəbdən etirazların təşkilatçılarının beynəlxalq ittifaqa ehtiyacı olduğu iddia edilirdi.
İddia olunur ki, Dünya Azadlıq Konqresinin əsas məqsədi "demokratiyayönümlü hərəkatlar" adlanan hərəkatları bir araya gətirmək və müəyyən fəaliyyət yönümlü sahələrdə bir-birinə dəstək olmaqdır. Beləliklə, ABŞ deyəsən İranda və Rusiyada mövcud rejimi dəyişmək üçün ciddi fəaliyyətə keçib.
Milli.Az