Futbol Çempionatının keçirələcəyi milyarderlər ölkəsi Qətər işçi ölümləri ilə ittiham olunur - ÖZƏL/FOTO
16 Noyabr 2022 11:49 DünyaQətər bazar günü başlayacaq Dünya Kuboku ərəfəsində infrastrukturunu dəyişdirdi. Cənubi Asiyadan beş milyon insan tikinti layihələrində, o cümlədən Nepaldan işə götürülüb. İşçilərin ailələri təhlükəsizlik qaydalarının pozulmasının yaxınlarının ölümünə səbəb olduğunu söylədilər.
Olaylar.az xəbər verir ki, noyabrın 10-da səhər saatlarında Qatar aviaşirkətinə məxsus QR 644 reysi Nepalın Katmandu hava limanına eniş edib.
Təyyarədən boşaldılan yüklərin arasında böyük ağ taxta qutu da olub. Kənarda "Mərhum Umeş Kumar Yadavın insan qalıqları; 32 yaşında kişi, Nepal" yazılmışdı.
Bu şəxs imkanların az olduğu dünyanın ən yoxsul ölkələrindən birinin ən yoxsul rayonlarından birində yaşayırmış.
Daha sonra Umeşə dünyanın ən varlı ölkələrindən biri olan Qətərə gedib işləmək şansı verildikdə, Laxman Yadav işə düzələcəyini vəd edən agentliyə 1500 dollar ödəmək üçün mal-qara satmışdır.
Qeyd edək ki, onun taleyini yaşayan və ya bənzər proseslərdən keçən onlarla yaralı və ya ölü işçi qeydə alınıb.


