Sevgilisinə olunan "cadu"nu çıxarması üçün 14 yaşlı bakirə qıza 10 milyon vəd etdi - Hər ikisi SAXLANILDI
16 Noyabr 2022 10:41 DünyaKazanda hüquq-mühafizə orqanları qıza cadu çıxartmaq üçün otaq yoldaşı ilə cinsi əlaqəyə girməyə məcbur edən 38 yaşlı şəhər sakinini saxlayıb.
Olaylar.az Azmedia.Az-a istinadən xəbər verir ki, tibb bacısı işləyən qadın üç məktəbli qıza rüşvət verməyə cəhd edib.
Otaq yoldaşı ilə cinsi əlaqə üçün onlara 10 milyon rubl vəd edib. Lakin onlar bu təklifdən imtina ediblər və onlardan biri bu məsələni valideynlərinə bildirib.
Qızın valideynləri isə öz növbəsində tibb bacısının yanına gələrək məsələ ilə bağlı izahat tələb ediblər.
Tibb bacısı valideynlərə cavab olaraq bildirib ki, onun sevgilisinə cadu olunub bu cadunu çıxarmağın tək yolu isə bakirə qızla cinsi əlaqəyə girməli olmasıdır.
Daha sonra bəlli olub ki, qadın bundan əvvəl də 14 yaşlı qızları partnyoru ilə cinsi əlaqəyə girməyə məcbur edib.
Hazırda həm qadın, həm də partnyoru saxlanılıb.