Ukrayna Macarıstana neft nəqlini DAYANDIRDI
15 Noyabr 2022 23:57 DünyaUkrayna "Transneft"ə Macarıstan istiqamətində "Drujba" kəməri vasitəsilə neftin nəqlini dayandırdığı barədə məlumat verib.
Olaylar.az sfera.az-a istinadən xəbər verir ki, bunu "Transneft"in sözçüsü İqor Demin bildirib.
"Ukrayna tərəfdən bizə məlumat daxil olub ki, gərginlik azalması səbəbindən nasosun dayandırılması barədə məlumat verilib", - deyə o deyib.
Hadisə ilə bağlı Macarıstanın baş naziri Viktor Orban ölkənin Milli Təhlükəsizlik Şurasının iclasını çağırıb.
Qeyd edək ki, "Drujba" neft kəməri Belarusun neft emalı zavodlarına neft tədarükünü və onun Avropaya tranzitini təmin edir. Boru kəməri Samara vilayətindən başlayır, Belarus, Ukrayna, Polşa, Çexiya, Slovakiya, Almaniya, Macarıstan, Latviya və Litvadan keçir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31