İki Rusiya raketi Polşa ərazisinə DÜŞDÜ
15 Noyabr 2022 23:06 DünyaRusiyanın atdığı 2 raket Polşa ərazisinə düşüb.
Olaylar.az "qafqazinfo"ya istinadən xəbər verir ki, raketlərin taxıl qurutma maşınlarına dəyməsi nəticəsində iki nəfər həlak olub.
Qeyd edək ki, Polşanın Baş naziri Mateuş Moravetski təcili olaraq Nazirlər Şurasının Milli Təhlükəsizlik və Müdafiə Komitəsini çağırıb. Hökumət sözçüsü Piotr Müller isə Polşanın böhran içində olduğunu bildirib.
O, komitə iclasından sonra ətraflı məlumat veriləcəyini deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31