Taxıl sazişi ilə bağlı mühüm AÇIQLAMA
15 Noyabr 2022 22:32 DünyaTaxıl müqaviləsinin uzadılmasının mümkünlüyü ilə bağlı qərarı Rusiya hökuməti onun bitmə tarixinə, noyabrın 19-na kimi qəbul edəcək. Rusiya etibarlı qida tədarükçüsüdür və buna görə də ərzaq bazarında məhdudiyyətlərə qarşıdır.
Olaylar.az bildirir ki, bu barədə Rusiya baş nazirinin müavini Viktoriya Abramçenko məlumat verib.
"Ayın 19-da bizim sövdələşməmiz başa çatır, bu tarixə qədər qərar veriləcək. Rusiya etibarlı təchizatçıdır, ona görə də biz məhdudiyyətin olmamasının tərəfdarıyıq", - deyə o bildirib.
milli.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31