Ukraynada elektrikin verilməsində problem YAŞANDI

Ukraynanın bir çox bölgələri və qonşu dövlətlərdə elektrikin verilməsində problem yaşanıb.

Olaylar.az "qafqazinfo"ya istinadən xəbər verir ki, Rusiyanın Ukraynaya raket hücumu nəticəsində elektrik enerji sistemlərində ciddi problemlər yaşanır. Ukrayna rəsmiləri son açıqlamalarında Rusiyanın bir çox bölgələrdə elektrik stansiyalarını hədəf aldığını və elektrik enerjisinin kəsildiyini bildiriblər.

Baş verən partlayışın yaratdığı təsir qonşu ölkələrin də elektrik sistemlərinə mənfi təsir göstərib.

Qeyd edək ki, Ukraynanın paytaxtı Kiyevdə  güclü partlayışlar baş verib. Ukrayna Ordusu şəhərə atılan 6 raketdən 4-nü vurub. Digər ikisi isə yaşayış məntəqələrinə dəyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31