Ukrayna səfiri İsrail XİN-ə çağırıldı
15 Noyabr 2022 21:24 Dünyaİsrailin Ukraynadakı səfiri Yevgeni Korniyçuk İsrail Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Olaylar.az xəbər verir ki, bu barədə Ukraynanın İsraildəki səfirliyinin "Facebook" hesabında paylaşım edilib.
Səfirə bildirilib ki, görüş Ukraynanın İsrail əleyhinə olan BMT qətnaməsinin lehinə səs verməsi ilə əlaqədar təşkil edilib.
Söhbət zamanı İsrailin Ukraynanın mövqeyi ilə bağlı narahatlığı səfirin diqqətinə çatdırılıb.
qafqazinfo
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31