Bağdad Beynəlxalq Hava Limanında PARTLAYIŞ

Bağdad Beynəlxalq Hava Limanının gediş terminalında yanğın baş verib.

Olaylar.az "qafqazinfo"ya istinadən xəbər verir ki, terminaldakı sərnişinlər təxliyə edilib və bir çox heyət hava limanına köçürülüb.

İraq Mülki Müdafiə Baş İdarəsindən verilən açıqlamada yanğının terminalda olan yeməkxanada başladığı və nəzarət altına alındığı bildirilib.

Açıqlamada tüstüdən təsirlənən 3 mülki müdafiə əməkdaşının xəstəxanaya aparıldığı bildirilib.

Yanğının səbəbi hələlik məlum deyil.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31