ABŞ “F-16" prosesini dəstəkləməyə davam edəcək - Bayden
15 Noyabr 2022 20:04 DünyaXəbər verdiyimiz kimi G20 Sammitində Türkiyə Prezidenti Ərdoğanla ABŞ Prezidenti Co Bayden arasında ikitərəfli görüş keçirilib.
Olaylar.az "qafqazinfo"ya istinadən xəbər verir ki, görüşdə Bayden Ərdoğana Türkiyə ilə ABŞ arasında "F-16" prosesini dəstəkləməyə davam edəcəklərini bildirib.
Bayden Türkiyənin İsveçin NATO üzvlüyü prosesində mühüm bir aktor olduğunu da qeyd edib.
Xatırladaq ki, bu gün İndoneziyanın Bali adasında G20 sammiti başlayıb. Sammit noyabrın 16-sı da öz işini davam etdirəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31