Lavrov G20 sammitini yarımçıq tərk etdi
15 Noyabr 2022 19:04 DünyaRusiyanın xarici işlər naziri Sergey Lavrov Balidə keçirilən G20 sammitində iştirak proqramını tamamlayıb.
Olaylar.az sfera.az-a istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Nazirin təyyarəsi Denpasar hava limanından Rusiyaya uçub.
Bundan əvvəl media G20 ölkələrinin və beynəlxalq təşkilatların liderlərinin qeyri-rəsmi şam yeməyindən sonra fotosessiyada cəmi 5 nəfərin iştirak etdiyini yazmışdı.
Qeyd edək ki, G-20 sammiti 15-16 noyabr 2022-ci il tarixlərində İndoneziyanın Bali adasında keçirilir. Bu, böyük iyirmilik qrupuna (G20) daxil olan dövlət başçılarının sayca on yeddinci görüşüdür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31