İnsanlıq hansı çətinliklərlə üzləşəcək? - ÖZƏL

Keçən həftənin hesabatlarına görə, dünya əhalisinin sayı 8 milyardı ötüb.

Olaylar.az xəbər verir ki, BMT, iqlim dəyişikliyi səbəbindən onsuz da resurs qıtlığı ilə boğuşan bölgələri daha çox çətinliyin gözləyəcəyini xəbərdar etdi.

Qida məmulatları, təmiz su, enerji və s. başlıca olaraq qıtlıq riski yaşayacağımız predmetlərdir. BMT-nin proqnozlarına görə, 2080-ci illərə qədər dünya əhalisi daha 2,4 milyard nəfər artacağı üçün resurslardan istifadə prosesi ədalətsiz və xaotik olacaq.

Mütəxəssislərin fikrincə, əhali artımından qaynaqlanan resurs təzyiqi Afrika ölkələrində xüsusilə qorxulu olacaq. Bunlar həm də iqlim təsirlərinə qarşı ən dayanıqsız olan və iqlim maliyyəsinə ən çox ehtiyac duyan ölkələr sırasındadır.

Təxminən 738 milyon insanın hazırki vəziyyətdə belə adekvat ərzaq təchizatı olmadan yaşadığı Sub-Sahara Afrikasında əhalinin əsrin ortalarına qədər 95% artacağı proqnozlaşdırılır. Analitik mərkəz oktyabr hesabatında xəbərdarlıq etdi ki, Saharadan aşağı Afrikanın çox hissəsi də əsrin ortalarına qədər bu təzyiqlərə tolerans göstərə bilməyəcək.

Qlobal hesabatlara görə 8 milyard əhalinin sayı son 11 ildə planetə əlavə olunan 1 milyard insanı təmsil edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31