Zəifləmiş Yen və onun təsirləri: Nəhəng Yaponiya iqtisadiyyatı tənəzzülə yaxındır? ÖZƏL
15 Noyabr 2022 12:59 DünyaYaponiya iqtisadiyyatı son bir ildə ilk dəfə gözlənilmədən kiçildi, çünki artan yaşayış dəyəri istehlakçı xərclərinin artımına zərbə vurdu.
Olaylar.az xəbər verir ki, ölkədəki ümumi daxili məhsul (ÜDM) sentyabrın sonuna qədər olan üç ayda illik 1,2% azalıb.
Qlobal passivləşmə qorxusu və zəifləşmiş yen idxalı bahalaşdırdığı üçün insanlar xərcləri azaltmağa başlayıblar.
Bununla belə, iqtisadçılar dünyanın üçüncü ən böyük iqtisadiyyatının - Yaponiya iqtisadiyyatının bu il gerilədiyi üçün tənəzzülə yaxınlaşdığını deyirlər.
Lakin digər yandan, bəzi iqtisadçılar 2022-ci ilin sonunda Yaponiya iqtisadiyyatının yenidən dirçələcəyini şərh edirlər.
Qeyd edək ki, buna səbəb olaraq, Yaponiyanın turizm reytinqinin yüksəlməsi göstərilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31