Məşhur idman geyim markası Rusiyanı tərk edəcək? - ÖZƏL
15 Noyabr 2022 10:52 DünyaKanadanın idman geyim markası Helly Hansen Rusiyanı tərk edəcək.
Olaylar.az xəbər verir ki, avqustun sonunda Helly Hansen MMC (keçmiş Helly Hansen Russia AS) biznesini top-menecerlərinə satıb.
Qeyd edək ki, bundan əvvəl Britaniyanın geyim istehsalçısı Marks & Spencer də Rusiyadan çəkildiyini açıqlamışdı. Ölkədə bütün brend mağazalar yeni ilə qədər bağlanacaq, lakin şirkət nümayəndələri işin dayandırılmasının dəqiq tarixini açıqlamayıblar.
Hazırda pərakəndə satış məntəqələrində Rusiyada anbarlarda qalan qarderob əşyaları, ayaqqabı və aksessuarlar satılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31