Oleksiy Reznikov və Benni Qantz arasında telefon danışığı olub

"İsrailli həmkarım Benni Qantz ilə səmərəli söhbətimiz oldu".

Olaylar.az "qafqazinfo"ya istinadən xəbər verir ki, bunu Ukrayna müdafiə naziri Oleksiy Reznikov tviter hesabında yazıb.

O bildirib ki, İsrail müdafiə naziri Benni Qantz ilə telefonla danışıb:

"Biz müdafiə sahəsində ikitərəfli əməkdaşlıq məsələlərini və demokratiyanın üstünlüklərini müzakirə etdik. Ona parlamentdəki gələcək mühüm işlərində uğurlar arzulayıram".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31