8 yaşlı uşaq pitbul iti tərəfindən parçalanaraq öldürüldü - ÖZƏL

Cənubi Afrikada pitbul itlərinin ev heyvanı kimi saxlanılmasının qadağan olunması ilə bağlı çağırışlar artır.

Olaylar.az xəbər verir ki, bu, keçən şənbə günü səkkiz yaşlı uşağın pitbul tərəfindən parçalanaraq öldürülməsindən sonra baş vermişdir.

Statistikaya görə, Cənubi Afrika əhalisinə nisbətən it hücumlarına ən çox məruz qalan və bu hücumlar nəticəsində baş vermiş ölüm hadisələrinə görə dünyada birinci yerə sahibdir.

Həmçinin oktyabr ayında da başqa bir 10 yaşlı uşaq ailəyə məxsus iki pitbull tərəfindən parçalanaraq öldürülmüşdü.

Qeyd edək ki, Cənubi Afrikada 50 mindən çox insan pitbullların ev heyvanı kimi saxlanılmasının qadağan edilməsi üçün onlayn petisiya imzalayıb.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31