Sergey Lavrov Balidə G20 sammitindən sonra TƏCİLİ XƏSTƏXANAYA APARILDI
14 Noyabr 2022 14:37 DünyaRusiya xarici işlər naziri Sergey Lavrov Bali adasında xəstəxanaya yerləşdirilməsi ilə bağlı mətbuatda yayılan məlumatlara münasibət bildirib.
Lavrov hazırda oteldə olduğunu və sabahkı sammit üçün materialları oxuduğunu söyləyib.
"Mən oteldə sabahkı sammit üçün materialları oxuyuram", - deyə Lavrov Rusiya XİN sözçüsü Mariya Zaxarovanın telegram kanalında qısa qol köynək və şortla paylaşdığı videoda bildirib/APA.
*****
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Balidə G20 sammitinə gəldikdən sonra xəstəxanaya aparılıb.
Olaylar.az xəbər verir ki, bu barədə AP müxbiri İndoneziya rəsmilərinə istinadən məlumat yayıb.
"İndoneziya rəsmiləri bildiriblər ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bali adasında keçirilən G20 sammitinə gəlişindən sonra səhhətində problem yarandığı üçün xəstəxanaya aparılıb. Rəsmilər onun Denpasar əyalətinin paytaxtı Sanqla Xəstəxanasına aparıldığını söylədi", - Associated Press News bildirib. konkret