İqlim dəyişikliyi: Dumanlı havalar, xardal çatışmazlığı və digər qəribə yan təsirlər - FOTO/ÖZƏL
14 Noyabr 2022 14:04 DünyaQuşların nəğməsi, çiçəklər - bunlar Avropanın şimalında noyabr ayı ilə əlaqələndirilən şeylər deyil.
Olaylar.az xəbər verir ki, bu göstəricilər istiləşən dünyanın daha yüngül hesab olunan yan təsirlərindən yalnız bəziləridir.
Ölümcül daşqınları və quraqlığı gücləndirməklə yanaşı, anormal temperatur yüksəlməsi Sibir permafrostunun qeyri-adi partlayışlarına, xardal qıtlığına və planetin dumanlı olmasına səbəb olur.
İqlim dəyişikliyinin bir çox təsirləri dağıdıcıdır. Bəziləri isə həqiqətən qəribədir.
Partlayan tundra və "yer işığı"
Bəzi rus alimləri Sibirin don tutmuş buzlaq ərazilərinin əriməsini yeraltı partlayışlara səbəb olan anormal dərəcədə isti temperaturlar ilə əlaqələndirirlər.
Arktika landşaftında nəhəng kraterlərin əmələ gəlməsinin də yalnız bir izahı var: anormal istiliklər.
Bunlar planetimizin şimalındakı soyuq, əsasən əhalisi olmayan, bu səbəbdən böyük fəlakət doğurmayacağını sandığımız ərazilərdəki mənzərənin bizə ötürdüyü mesajlardır. Bu mesaj Yer kürəsinin köklü dəyişikliklərə məruz qaldığına dair narahatedici əlamətlərdən ibarətdir.
Son tədqiqatlar da göstərdi ki, Arktika əvvəllər düşünüldüyündən də daha qəti - üstəlik, dünyanın qalan qitələrindən dörd dəfə daha sürətlə istiləşir.

Ekstremal hava həmçinin, qida yetişdirilməsini çətinləşdirir. Buğda, qarğıdalı, xardal və qəhvə kimi əsas məhsulların yetişdirilməyi və satışı çətinləşib. Ümumiyyətlə isə dünya ölkələri üzrə ədviyyat çatışmazlığı var.
